21 Oktyabr 2024
Ölkə futbolu

Sezar Meza Kolli “Araz Naxçıvan”da – RƏSMİ

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yerli azarkeşlərə də yaxşı tanış olan Sezar Meza Kolli azad agent kimi heyətə cəlb olunub.

33 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə  İtaliyanın “Çesena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizdə “İnter” / “Keşlə” / “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43