Kateqoriyasız

Sezar Meza Kolli: “Bakıya qələbə ilə qayıtmaq istəyirik”

“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində Finlandiyanın HJK komandasına qarşı cavab oyunundan öncə fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, o, bu gün Helsinkidə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çalışacağıq ki, sabah baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirək. Bakıya qələbə ilə qayıtmaq istəyirik. “Neftçi”də özümü yaxşı hiss edirəm. Məşqçilər və futbolçulardan çox razıyam. Sabah da əlimdən gələni edəcəyəm ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirim. Komandaya xeyir vermək istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43