21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində oktyabrın 12-də, saat 18:00-da Ballimena şəhərində yerləşən “The Shovgrounds” stadionunda keçiriləcək Şimali İrlandiya – Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.
İdmanxeber.az AFFA-nın mətbuat xidmərinə istinadən xəbər verir ki, qarşılaşmanı Farer adalarından olan hakimlər briqadası idarə edəcək:
12 oktyabr
Şimali İrlandiya U-21 – Azərbaycan U-21
The Shovgrounds. Saat 18:00
Baş hakim: Heini Ziskason Vioy
Baş hakimin köməkçiləri: Dan Petur Pauli Hojgaard, Jan Hermansen
Dördüncü hakim: Bjarki Danielsen
(Hakimlər briqadası Farer adalarındandır)