Şimali İrlandiya yığmasının DÇ-2018-in seçmə mərhələsində millimizlə matç öncəsi keçirəcəyi təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Maykl O’Nil toplanışa 18 futbolçu dəvət edib:
Qapıçılar: Maykl Makqovern (“Norviç”), Roy Kerroll (“Linfild”), Konor Azar (“Seltik”), Konor Mitçell (“Bernli”)
Müdafiəçilər: Rayan Maklaflin (“Oldhem Atletik”), Tom Flanaqan (“Berton Albion”), Daniel Lafferti (“Şeffild Yunayted”), Lük Makkallox (“Donkaster Rovers”), Konor Maklaflin (“Flitvud Taun”), Adam Tompson (“Sauzend Yunayted”)
Yarımmüdafiəçilər: Oliver Norvud (“Brayton”), Metti Land (“Roçdeyl”), Stüart Dallas (“Lids”), Kollum Kamps (“Roçdeyl”)
Hücumçular: Kayl Lafferti (“Norviç”), Coş Magennis (“Çarlton”), Ceymi Uord (“Nottingem Forest”), Şey Makkartan (“Akkrinqton Stenli” Tom Flanaqan (“Berton Albion”, İngiltərə), Rayan Maklaflin (“Oldhem Atletik”, İngiltərə), Daniel Lafferti (“Şeffild Yunayted”, İngiltərə)
Qeyd edək ki, Şimali İrlandiya millisi 22 – 25 mayda İngiltərənin Mançester şəhərində təlim-məşq toplanışında olacaq. Daha sonra komanda iyunun 2-də Yeni Zelandiya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Azərbaycanla səfər oyunu isə iyunun 10-u saat 20:00-da başlayacaq.