Dünyadan

Şimali İrlandiya millisinin üzvlərini qorxutdular

Bu gün Belfastda Şimali İrlandiya milli komandasının futbolçularının qaldığı “Cullode” otelinin yaxınlığında yanğın baş verib.

İdmanxeber.com-un məlumatına görə, otelin parkında saxlanılmış avtobomil yanıb. Hadisə yerinə gələn Yanğınsöndürmə Xidmətinin əməkdaşları hadisəni təsdiq ediblər.

Yanğının səbəbləri araşdırılır. Ancaq ilkin əldə edilən məlumatlara görə, hadisə qəsdən törədilməyib.

Qeyd edək ki, noyabrn 11-də DÇ-2018 seçmə mərhələsi çərçivəsində milli komandamız Şimali İrlandiya ilə Belfast şəhərində qarşılaşacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43