Dünya futbolu

Şimali İrlandiyanın Bakıya gələcəyi tarix müəyyənləşdi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin rəqibi olan Şimali İrlandiya yığması bu gün yoxlama oyunu keçirəcək. Britaniya komandası Konfederasiyalar kubokunda iştirak edəcək Yeni Zelandiya ilə üz-üzə gələcək.

İdmanxeber.com-un məlumatına  görə, Şimali İrlandiya yığmasının Bakıya gələcəyi vaxt bəlli olub. Maykl Onilin komandası sabah Türkiyəyə yollanacaq və gün qardaş ölkədə hazırlıq keçəcək. Britaniyalılar iyunun 8-də paytaxtımıza gələcək.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu iyunun 10-u, saat 20:00-da  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43