İdman

Şimali İrlandiyanın baş məşqçisi: “Robert Prosineçki əla kollektiv qurub”

Şimali İrldandiya yığmasının baş məşqçisi Martin O’Nil millimiz üzərindəlki qələbəni şərh edib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bunları deyib:

«Bu cür qələbədən razıyam. İdeal oyun nümayiş etdirdik. Futbolçular ilk dəqiqələrdən rəqibi təzyiqdə saxladılar və istəyimizə çatdıq. Kayl Laffertiyə görə sevinirəm. İlk hissədə vurduğu qolla qələbəmizin təməlini qoydu. Qələbəyə baxmayaraq daha çox işləməliyik. 4 turdan sonra 7 xalımız var. Pis başlanğıc deyil. Qarşıda çox oyun var, vəziyyət dəyişə bilər. Biz Almaniya yığması ilə qarşılaşmışıq. Azərbaycanın isə onlarla oyunu qalır. Əsas ev oyunlarında maksimum xal qazanmaqdır.

Azərbaycan millisi yaxşı komandadır. Robert Prosineçki əla kollektiv qurub. Buna baxmayaraq, topa daha çox nəzarət etdik və qalib gəldik. Bu qələbə bizi arxayın salmamalıdır. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq».



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43