Ölkə futbolu

“Şimali İrlandiyanın çətin rəqib olduğunu bilirdik”

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində doğma azarkeşlər önündə Şimali İrlandiya millisinə qalib gələn (2:0) yığmamızın futbolçusu Vüqar Nadirov oyunsonrası maraqlı açıqlamalar verib.

“Oyun çox çətin keçdi. Şimali İrlandiyanın çətin rəqib olduğunu bilirdik. Birinci hissə ilk oyunun təkrarı oldu. İkinci hissədə qələbə qazanmaq üçün komandamız bütün gücünü ortaya qoydu. Bu qələbəni Azərbaycan xalqına həsr edirik. “


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43