27 Noyabr 2021
Dünya futbolu

Simeon Slavçev: “Qarabağ”da olduğu kimi, millidə də qarşıma yüksək hədəflər qoymuşam

Slavçev ölkə mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, Bolqarıstan yığması UEFA Millətlər Liqasında ilk oyununu bu gün səfərdə Sloveniyaya qarşı keçirəcək. Bu qarşılaşma ilə bağlı fikirlərini bildirən 24 yaşlı futbolçu yaxşı nəticə qazana biləcək gücdə olduqlarını söyləyib.

“Qarabağ”da olduğu kimi, millidə də qarşıma yüksək hədəflər qoymuşam. Bizdə lider kolektiv oyundur. Sloveniyanı yaxşı tanıyırıq. Çətin rəqib olmasına baxmayaraq, artıq yaxşı nəticələr qazanmağa başlamalıyıq. Özümü əla hiss edirəm. Çünki artıq çox oynayıram.  Özümə lazımı qədər güvənim var”.

Qeyd edək ki, Bolqarıstan yığması Millətlər Liqasında ikinci oyununu isə sentyabrın 9-da Norveçə qarşı keçirəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Sent Etyen”in baş məşqçisi: “Görəcəksiniz ki, qrupdan çıxmağa qadirik”

admin

“Bavariya” məğlubiyyətdən son anda qurtuldu – VİDEO

admin

“İnter” “Milan”ı belə darmadağın etdi – VİDEO

admin