Dünya futbolu

Simeon Slavçev: “Qarabağ”da xoşbəxtəm”

“Qarabağ”ın bolqarıstanlı futbolçusu Simeon Slavçev ölkəsinin mətbuatına müsahibə verib.

25 yaşlı yarımmüdafiəçi Ağdam klubunda xoşbəxt olduğunu deyib:

” Bir klubla uzunmüddətli müqavilənin olması həmişə xoşdur. “Qarabağ”da xoşbəxtəm. Yüksək hədəfləri olan komandada oynamaq istəyirdim. “Sportinq”də karyeramın alınmamasına görə əvvəllər başqalarını günahlandırırdım. Amma indi öz səhvlərimi görməyə başlamışam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43