27 Noyabr 2024
Dünya futbolu

Simeone hər kəsdən çox qazanacaq

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone rəhbərliyin yeni müqavilə təklifini qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, yeni sözləşməyə əsasən, argentinalının maaşı artırılacaq.

Müqavilə şərtləri açıqlanmasa da, Simeonenin əməkhaqqısı hətta komandanın ən yüksək ödənişli futbolçusu olan Antuan Qrizmandan da çox olacaq. Fransalı forvardın illik məvacibi 20 milyon avrodur.

Qeyd edək ki, 2011-ci ildən “Atletiko”nu çalışdıran Dieqo Simeonenin hazırkı müqavilə müddəti 2020-ci ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43