Topaz Premyer Liqasının 17-ci turunda “Simurq” Zaqatalada AZAL-ı qəbul etdi. Rəqibin qapısından 3 cavabsız top keçirən əyalət təmsilçisi inamlı qələbə qazanaraq turnir cədvəlində irəlilədi – 3:0.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Bu mövsüm, demək olar ki, ən zəif oyunumuz idi. Əsas heyətin bir neçə futbolçusu müəyyən səbəblərdən bugünkü oyunda iştirak etmirdi. “Simurq”u qələbə ilə təbrik edirəm”.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Yaxşı oyun göstərdik. AZAL-la oyunlarımız həmişə çətin keçib. Qalib gəlib, turnir cədvəlində irəliləməli idik. Bunu bacardıq, komandaya təşəkkürümü bildirirəm. Soyuq havada sonadək bizi dəstəklədikləri üçün azarkeşlərə minnətdaram”.