Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində “Bakı”nın qonağı olacaq “Simurq” bu qarşılaşmanın keçiriləcəyi meydanda son məşqinə çıxıb.
İdmanxeber.com-un məlumatına görə, bir saata yaxın davam edən hazırlıq prossesində sarı vərəqə limitini dolduran Rəşad Eyyubov və zədə səbəbindən qarşılaşmada forma geyinə bilməyəcək Patrik Osiako, Usim Nduka və Mindauqas Kalonas iştirak etməyib.
Dördüncü dövrənin ilk matçında paytaxt təmsilçisi ilə üz-üzə gələcək Zaqatala klubu cari mövsümün geridə qalan hər üç oyununda rəqibinə uduzub. Sonuncu dəfə Georgi Çixradzenin yetirmələri bu arenada 2:3 hesabı ilə məğlub olub. Avroliqa uğrunda mübarizə aparan “Simurq” üçün bu görüş çox böyük əhəmiyyət daşıyır. Turnir cədvəlində ondan irəlidə olan kollektivlərlə arasındakı xal fərqini azaltmaq üçün qonaqlar qarşılaşmadan xalsız ayrılmamalıdı. Bu qarşılaşma Zaqatala təmsilçisi üçün son ümid, son şansdı.
Qeyd edək ki, “Bakı”-“Simurq” oyunu saat 15:00-da start götürəcək.