Transfer çalışmalarını davam etdirən “Simurq”, daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib.
İdmanxeber.com-un məlumatına görə, komanda Cihan Özkara ilə rəsmi müqavilə imzalayıb. İcarə əsasında mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq gənc futbolçu, “22” nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Cihan Özkara müqavilə əsasında “Sivasspor”a məxsusdur. Son üç mövsümdə Türkiyə təmsilçisinin şərəfini qoruyub. Xatırladaq ki, “Simurq” transfer çalışmalarını davam etdirir. Yaxın günlərdə danışıqlar müsbət nəticələnərsə daha bir futbolçu ilə rəsmi müqavilə imzalanacaq.