Ölkə futbolu

“Simurq” daha bir legioner futbolçunu baxışa dəvət edib

Ötən tur səfərdə "Xəzər Lənkəran"la qolsuz heç-heçə edən "Simurq" bir günlük istirahətdən sonra məşqləri bərpa edib.

Klubun rəsmi saytına istinadən məlumatımıza görə, "Neftçi"ylə oyunun hazırlıqlarına start verən Georgi Çixradzenin yetirmələri gündə bir dəfə olmaqla çalışmaları davam etdirir. Xüsusən taktiki və texniki təmrinlərə üstünlük verən Zaqatala təmsilçisi, fiziki hazırlığın artırılması ilə bağlı məşqləri isə fitness zalda edir. Zədə səbəbindən məşqlərdə iştirak edə bilməyən Rövşən Əmiraslanov isə artıq dünəndən hazırlıqlara qoşulub. Zədəsinin tam sağaldan təcrübəli futbolçu komanda ilə birlikdə məşq edir.

 

Yalnız U-21-in düşərgəsində olan Rəşad Eyyubov komandanın "Neftçi"ylə oyuna hazırlıqlarında iştirak edə bilmir. Yığma ilə Bolqarıstanda təlim-məşq toplanışında olan gənc futbolçu, avqustun 16-da heyətə qoşulacaq.  

 

"Simurq" transfer çalışmalarınıda davam etdirməkdədi. Müdafiə xəttinin gücləndirməyi qarşısına məqsəd qoyan Zaqatala təmsilçisi daha bir legioner futbolçunu baxışa dəvət edib. Artıq bir neçə gündü "sarı-qaralar"ın düşərgəsində olan israilli İdan Vaitzman haqqında son qərar yaxın günlərdə məşqçilər korpusu tərəfindən veriləcək. "Simurq" Premyer Liqanın növbəti turunda "Bakcell Arena"da "Neftçi"nin qonağı olacaq. Qarşılaşma 21:00-da start götürəcək və "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43