05 Yanvar 2025
Kateqoriyasız

“Simurq” “Fulhem”ə qarşı

Avstriyada yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Simurq” klubu növbəti yoxlama oyununu bu gün keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, daha öncəki görüşlərdə

Hayfa “Makkabi”sinə 0:2, Rusiya “Amkar”ına 1:4 hesabı ilə uduzan və Albaniyanın “Teuta” klubu ilə heç-heçə edən(0:0) “zolaqlılar” ilk qələbəsini qazanmaq üçün bu gün İngiltərənin “Fulhem” klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43