23 Dekabr 2024
Ölkə futbolu

“Simurq” “İnter”lə oyuna ciddi itkilərlə hazırlaşır

Topaz Premyer Liqasında Azərbaycan Milli komandasının oyunları ilə əlaqədar müvəqqəti fasilə verilib. Bu səbəbdən Zaqatalada hazırlıqları davam etdirən "Simurq", oyun praktikasını itirməmək üçün Tiflis "Dinamo"su ilə yoldaşlıq görüşü keçirmək üçün qonşu ölkəyə iki günlük səfər etmişdi.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, "Dinamo Arena"da paytaxt təmsilçisi ilə qarşılaşan "Simurq" ikinci hissədə meydana daxil olan Oruc Balaşlının qolu sayəsində rəqibi minimal hesabla məğlub etmişdi. Oyundan sonra ölkəyə qayıdan "Simurq", bir günlük istirahətə buraxılmışdı.

Artıq bu gündən yenidən doğma arenada məşqlər bərpa ediləcək. Topaz Premyer Liqasının 8-ci turunda "İnter"in qonağı olacaq komanda, "bankirlərlə" oyuna ciddi itkilərlə hazırlaşacaq. Son məşqlərdə zədələnən polşalı mərkəz müdafiəçisi Banas Adam və gənc futbolçu Murad Səttarlı çalışmalarda iştirak edə bilməyəcək. Həmçinin "Simurq" yığma komandaların düşərgəsində olan İlkin Qırtımov, Vüqar Mustafayev,Vadim Abdullayevsiz bu görüşün hazırlıqlarını davam etdirəcək.  

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43