Əvəzedici heyətlərin ölkə birinciliyində 36-cı turun bu gün keçirilməsi nəzərdə tutulan “Xəzər Lənkəran” – “Simurq” matçı baş tutmayacaq.
Klubdan idmanxeber.com-a verilən məlumata görə, maliyyə problemi yaşayan “Simurq” məhz bu səbəbdən də, Lənkəran səfərinə yollanmayıb.
AFFA Zaqatala klubunu böyük ehtimalla cəzalandıracaq.