Topaz Premyer Liqasının XIV turunda doğma arenada “Qarabağ”la qarşılaşacaq “Simurq” hazırlıqları davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, “Qəbələ” ilə oyundan sonra iki günlük istirahət edən Georgi Çixradzenin yetirmələri, gündə bir dəfə olmaqla məşqə çıxır. Çalışmalarda uzun müddətdir zədədən əziyyət çəkən Banas Adam və Murad Səttarlıda iştirak edir. Onların oynayıb-oynamayacağı komadanının həkimi və məşqçilər korpusunun qərarından asılı olacaq.
Ağdam təmsilçisi ilə görüşdə zədəli Vüqar Mustafayev və sarı vərəqə limitini dolduran İlkin Qırtımov forma geyinə bilməyəcək.
Qeyd edək ki, Topaz Premyer Liqasının qərarı ilə noyabrın 29-dan 30-na keçirilən “Simurq” – “Qarabağ” matçı saat 17:00-da start götürəcək və “Simurq TV” vasitəsilə canlı yayımlanacaq.