Ölkə futbolu

“Simurq” “Qəbələ”ni məğlub etdi, növbəti rəqib “Xəzər Lənkəran” olacaq

Bu gün U-19 liqasında X turun görüşləri keçirilib.

İdmanxeber.com-un məlumatına görə, “Simurq” doğma arenada “Qəbələ”ni qonaq edib. Son iki turda qələbəyə həsrət qalan Zaqatala təmsilçisi, bu matçda meydanı qalib tərk edib. Oyunda qeydə alınan yeganə qolu “sarı-qaralar”ın heyətindən Tural Məmmədzadə vurub. Bu qələbə sayəsində “Simurq” xallarının sayını 17-yə çatdırıb.

U-19 komanda ilk dövrənin son matçını isə dekabrın 3-də keçirdəcək. Zaqatala təmsilçisi XI turda “Xəzər Lənkəran”ın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43