Avstriyadakı təlim-məşq toplanışı çərçivəsindəki son yoxlama oyununa çıxan Zaqatalanın “Simurq” klubu bu dəfə də qələbə qazana bilməyib.
İdmanxeber.com-un məlumatına görə, Avstriyadakı ilk sınaq matçında “Makkabi”yə (Hayfa, İsrail) 0:2 hesabı ilə uduzan “sarı qaralar” Albaniyanın “Teuta” klubu ilə bərabərə qalmışdı – 0:0. George Çixradzenin komandası son oyunda “Amkar”a 1:4 hesabı ilə məğlub olublar. Bu dəfə isə “zolaqlılar” “Əl-Sadd” klubuna 2:3 hesabı ilə məğlub olub.