Antalyada təlim-məşq toplantısında olan "Simurq" bu gün qardaş ölkədə son yoxlama matçına çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Zaqatala təmsilçsinin son sınaq matçındakı rəqibi Ukraynanın "Volın" klubu olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Qeyd edək ki, Çixradzenin yetirmələri Türkiyədə ilk yoxlama görüşündə Qazaxıstan “Şaxtyor”una 3:1 hesabı ilə qalib gəlib, Almaniyanın “Duysburq” (1:4) və Qazaxıstanın “İrtış" klublarına (0:3) böyükhesabla uduzub. Rumıniya “Astra”sı ilə matçda isə qalib qol səsi çıxmayıb – 0:0.
Yoxlama görüşü
21 yanvar
“Simurq” (AZƏRBAYCAN) – "Volın" (Ukrayna) 2:0
Qollar: Rəşad Eyyubov, 18 (1:0), Nicat Muxtarov, 85 (2:0)