Ölkə futbolu

“Simurq” ukraynalılardan üstün oldu- YENİLƏNİB

Antalyada təlim-məşq toplantısında olan "Simurq" bu gün qardaş ölkədə son yoxlama matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Zaqatala təmsilçsinin son sınaq matçındakı rəqibi Ukraynanın "Volın" klubu olacaq. 

Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Qeyd edək ki, Çixradzenin yetirmələri Türkiyədə ilk yoxlama görüşündə Qazaxıstan “Şaxtyor”una 3:1 hesabı ilə qalib gəlib, Almaniyanın “Duysburq” (1:4) və Qazaxıstanın “İrtış" klublarına (0:3) böyükhesabla uduzub. Rumıniya “Astra”sı ilə matçda isə qalib qol səsi çıxmayıb – 0:0.

Yoxlama görüşü

21 yanvar

“Simurq” (AZƏRBAYCAN) – "Volın" (Ukrayna) 2:0

Qollar: Rəşad Eyyubov, 18 (1:0), Nicat Muxtarov, 85 (2:0)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43