Avstraliyada təlim-məşq toplanışında olan Zaqatala klubu növbəti yoxlama oyununa çıxıb.
İdmanxeber.com-un məlumatına görə, ilk yoxlama oyununda Hayfa "Makkabi"sinə 0:2 hesabı ilə məğlub olan "Simurq" klubu növbəti sınağı Albaniyanın "Teuta"sına qarşı keçirib. Gərgin keçən görüşdə tərəflər qolsuz heç-heçəyə rasılaşıblar – 0:0.