“Simurq”un əsas heyətində möhkəmlənməkdə çətinlik çəkən və komandadan ayrılacağı gözlənilən Rüstəm Məmmədov heç bir yerə getmək fikirində deyil.
İdmanxeber.com-a açıqlama verən 30 yaşlı müdafiəçi bu mövsüm cəmi bir oyunda Zaqatala klubuna kömək edə bilib.
Məmmədov klubdan ayrılmaq fikirində olmadığını və hətta burada qalaraq məşqçi işləmək istədiyini dilə gətirib:
“Hələ mənim klubla bir illik müqaviləm var. Prezidentlə danışığım olub, karyeramı bitirdikdən sonra çox güman ki, “Simurq”da məşqçi işləyəcəm”.