Ölkə futbolu

“Simurq”da yeni müqavilə

“Simurq” klubu bu gün belçikalı yarımmüdafiəçisi Benjamin Lambotla yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçu mövsümün sonuna qədər Zaqatala təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, ötən mövsüm qış fasiləsində “Simurq”un heyətinə cəlb olunan Benjamin Lambot Azərbaycan Premyer Liqasında 30 qarşılaşmada meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43