Avstriyada təlim-məşq toplanışında olan Zaqatalanın "Simurq" klubu növbəti yoxlama oyununa çıxıb.
İdmanxeber.com-un məlumatına görə, Zaqatala klubu Rusiyanın "Amkar" klubu ilə qarşılaşıb.
Matç Rusiya təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 4:1.
Qeyd edək ki, "Simurq" Avstriyadakı ilk sınaq matçında Hayfa "Makkabi"si (İsrail) ilə qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu. Albaniyanın "Teuta" klubu ilə görüşdə isə hesab açılmamışdı – 0:0.