Premyer Liqanın XI turunda “Simurq” “Neftçi” ilə qarşılaşdı və 0:0 bərabərə qaldı. Oyunsonrası Zaqatala təmsilçisinin aparıcı üzvü Ruslan Poladov idmanxeber.com-a açıqlama verib.
“Neftçi” ilə oyunun ağır keçəcəyini bilirdik. Buna baxmayaraq, mövqeyimizi yaxşılaşdırmaq üçün qələbə qazanmaq istəyirdik. Heyətlə bağlı çatışmazlıqların olmasına baxmayaraq, bir xal qazandıq. Qələbə qazana bilməməyimizə əsas səbəb isə hücumda top saxlaya bilməməyimiz oldu. Rəqibimiz zəif komanda deyil. Bundan sonra irəliyə baxmalıyıq. Hədəfimiz Avropaya çıxmaqdı”.