19 Fevral 2025
Kateqoriyasız

“Simurq”un baş məşqçisi: “Lakin özümüzü itirmədik”

Topaz Premyer Liqasının 4-cü turunda “Simurq” səfərdə “Neftçi”yə 1-2 hesabı ilə məğlub olaraq turnir cədvəlinin şərikli lideri olmaq fürsətini əldə verdi.

İdmanxeber.com-un məlumatına görə, “Simurq” klubunun baş məşqçisi George Çixradze bu fikirləri səsləndirib:

“Hər iki hissəyə yaxşı başlamadıq. İlk dəqiqələrdə qollar buraxdıq. Lakin özümüzü itirmədik, qol epizodlarımız oldu. Bir qol vursaq da, ardını gətirə bilmədik. İkinci hissədə yaratdığımız çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Müdafiənin diqqətsizliyi nəticəsində buraxdığımız qollar komandaya psixoloji təsir etdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43