Ölkə futbolu

“Simurq”un futbolçusu: “Hakim almanlara kömək edirdi”

Türkiyədə təlim-məşq tolanışı keçirən "Simurq" klubunun futbolçusu Rüstəm Məmmədov idmanxeber.com saytına açıqlama verib.

O, ilk olaraq toplanış barədə danışıb.

"Toplanış yüksək səviyyədə keçir. Həm məşqlər, həm qaldığımız yer əladı".

Məmmədov dünən keçirilən "Simurq" –  "Velbert" (1:0) yoldaşlıq oyunu  barədə isə bunları deyib.

"Oyun üstünlüyümüz şəraitində keçdi. Rəqibi hərtərəfli üstələdik. Hesab böyük olmalı idi, amma hakim almanlara kömək edirdi. Üstəlik hakim təmiz qolumuzu da saymadı".

Azər Axundlu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43