Topaz Premyer Liqasının 31-ci turunun “Simurq” – “Qarabağ” oyununda ev sahibi komandanın qolunun müəllifi kimi Draqan Çeranın adı qeyd olunub.
İdmanxeber.com-un məlumatına görə, oyunun videoyazısına təkrar baxdıqdan sonra qolun “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov tərəfindən öz qapısına vurduğu aşkarlanıb.
Yuxarıda qeyd edilənlə bağlı oyunun protokolunda müvafiq dəyişiklik edilib.