20 Fevral 2025
Kateqoriyasız

“Simurq”un gözlədiyi iki futbolçu

Avstriyada təlim-məşq toplantısında olan “Simurq” klubu növbəti yoxlama matçına iyulun 24-də çıxacaq.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, rəqib Albaniya “Teuta”sı olacaq.

Matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Həmin qarşılaşmada baxışda olan 2 yeni futbolçunun da oynayacağı gözlənilir. Adları açıqlanmayan həmin oyunçular barədə son qərar yoxlama görüşlərindən sonra verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43