Ölkə futbolu

“Simurq”un hazırlıq planı

“Simurq” qış təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq. AZaqatala təmsilçisi Türkiyəyə yanvarın 8-də yola düşəcək və ilk məşqinə də elə həmin gün çıxacaq.

Antalyanın Side bölgəsində yerləşən “Sueno” otelində məskunlaşacaq Zaqatala təmsilçisinin burada 4 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub. Yanvarın 26-da isə Georgi Çixradzenin yetirmələri ölkəyə qayıdacaq və hazırlıqları doğma arenada davam etdirəcək.

Qeyd edək ki, qış təlim-məşq toplanışı çərçivəsində “Simurq”un keçirəcəyi yoldaşlıq görüşlərindəki rəqiblər və tarix hələ bilinmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43