”Avstraliya Open”də kişilər arasında yarımfinal görüşləri keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, ilk oyunda Novak Cokoviç və Yannik Sinner qarşılaşıb. Görüş başdan sona qədər İtaliyalı tennisçinin üstünlüyüylə keçib – 3-1 (6-1, 6-2, 6-7 (6), 6-3)
Sinner karyerasında ilk dəfə böyük dəbilqə finalı oynayacaq. Cokoviç isə 11-ci dəfə yüksəldiyi “Avstraliya Open” yarımfinalında məğlub olub. Bu, dünya bir nömrəsi üçün ilk haldır. O, daha öncə bütün hallarda final yüksəlməyi bacarmışdı.