“Bu oyun çətin oldu. Hörmət etdiyimiz komandadı. Bundan sonra cavab oyununa hazırlaşacağıq”.
İdmanxeber.com-un məlumatına görə, u sözləri “Şiroki Briyeq”in baş məşqçisi Slaven Musa deyib.
Bosniyalı çalışdırıcı cütün taleyinin hələ həll olunmadığını bildirib:
“Qəbələ”nin “Maribor”la oyununa baxmışdıq. Yaxşı çıxış etmişdilər. Düzdü 2:0 kimi hesab yaxşı nəticədi. Öz meydanımızda heç-heçə oynasaq belə tur adlayacağıq. Düşünürəm ki, hələ cavab matçı var”.