Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk görüşdə “Qəbələ”ni iki cavabsız qolla yenən Bosniya və Hersoqovinanın “Şiroki Briyeq” klubu artıq vətənindədi.
İdmanxeber.com-un məlumatına görə, “Şiroki Briyeq”in üzvləri vətənində qəhraman kimi qarşılanıblar.
Bu arada iyulun 10-da “Qəbələ” ilə cavab matçı üçün “Peskara” stadionu tam hazır vəziyyətə gətirilir. 8 min azarkeş tutumuna malik arenanın köhnə oturacaqları yeniləri ilə əvəzlənib. Arenanın ot örtüyü də ideal vəziyyətə gətirilib.