2004-cü ildən Dövlət Neft Şirkətinin yenidən tikintisinə başladığı Şirvan şəhər stadionundakı işlər bu günə kimi hələ də başa çatdırılmayıb.
Şəhərin 3 min tamaşaçı tutumuna malik olan keçmiş stadionundakı tikinti işləri 2008-ci ilin sentyabr ayında dayandırılıb. Yeni idman kompleksinin inşasında yaranan fasilə 13 ildir ki, davam edir.
İdmanxeber.az APA TV-nin məsələ ilə bağlı Şirvan şəhər stadionundan hazırladığı reportajı təqdim edir: