Kateqoriyasız

Sivas valisi “Qarabağ”ı ziyarət etdi – Fotolar

Sivas valisi Salih Ayhan və digər rəsmilər Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda bu gn “Sivasspor”la qarşılaşacaq “Qarabağ”ı ziyarət edib.

İdmanxeber.az Ağdam klubunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, onlar komandanın qaldığı otelə gəlib.

Qonaqları “Qarabağ”ın direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər rəsmilər qarşılayıblar.

Onlara xatirə olaraq “Qarabağ” forması hədiyyə olunub. S.Ayhan komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və “Qarabağ”ı Sivasda görməkdən qürur duyduğunu bildirib.

Qeyd edək ki, bu gün “Yeni Sivas 4 Eylül” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43