10 Yanvar 2025
Dünyadan

SKANDAL: Məktəbli voleybolçulara qarşı cinsi zorakılıq

Tükiyədə bir məktəbdə voleybol kursuna qatılan kiçik yaşlarındakı qızların cinsi zorakılıqa məruz qaldığı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, İstanbulda baş verən hadisədən sonra idmançıların valideyinləri hüquq mühafizə orqanlarına müraciət edib. Çoxsaylı şikayətlər əsasında 41 yaşlı Onur adlı voleybol müəllimi həbs olunub.

Həbs olunan şəxs gənc qızların daha yaxşı voleybol oynaya bilmələri üçün masajın şərt olduğunu bildirib. 41 yaşlı mütəxəssis onların sinə və ayaqlarını masaj edərək cinsi zorakılığa məruz qoyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43