Adrian Skarlatakenin “Xəzər Lənkəran”da qalıb-qalmayacağı dəqiqləşib.
İdmanxeber.com-a klubdan aldığı məlumata görə, rumıniyalı müdafiəçi Cənub komandasında çıxış edəcək. Klubun irəli sürdüyü şərtləri son günə kimi götür-qoy edən təcrübəli futbolçu XL-ə sadiq qalıb.
Hazırda zədəli olan Skarlatake əvəzedici komandayla məşqlərə qatılacaq. Bərpa prosesindən sonra isə Skarla “Xəzər Lənkəran”a kömək edə biləcək.
Qeyd edək ki, Skarlatakeni Bakının “İnter” klubu heyətində görmək istəyirdi.