Müsahibə

Skarlatake: “Naxçıvanın mehriban insanları, yaxşı stadionları var, ancaq…” – MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın aparıcı üzvlərindən olan Adrian Skarlatakenin idmanxeber.com saytına müsahibəsi.

– Nəhayət ki, "Neftçi"ni məğlub edə bildiniz. Superkuboku Lənkərana aparırırsız. Oyunla bağlı nə deyərdin?

Çox çətin oldu. Oyunda göstərdi ki, biz "Neftçi"dən daha yaxşı oynadıq. Əsas olan kuboku qazanmaq idi. Onu da azarkeşlərimiz üçün qazandıq. 

– Hakimin verdiyi qərarlar haqda nə deyərdin?

Mən həyatımda ilk dəfədir ki, belə qərarlar görürdüm. Öncə penalti verir, sonra ləğv edir. Hakimliklə bağlı çox danışmaq istəmirəm. Çünki bu mənim işim deyil. Artıq oldu, keçdi.

– Azlıqda qaldıqdan sonra qələbəyə inam qalmışdımı?

Təbii, inanırdıq ki, sonda kuboku qazanan tərəf elə biz olacağıq. Həm də stadionun qazonu yaxşı deyildi. Yaxşı futbol göstərməyə mane olurdu. 10 nəfərlə də qalanda qələbə qazanacağımıza inanırdıq. Bu kubok bizim üçün çox vacib idi.

– Naxçıvan haqda düşüncələrini bilmək istəyərdim.

Naxçıvan gözəl şəhərdi. Mehriban insanları, yaxşı stadionları var. Ancaq bunu stadionun ot örtüyü haqda demək olmaz. Ot örtüyü pis vəziyyətdə idi.

– Qarşıdan "Qarabağ"la çətin oyun gəlir…

"Qarabağ"la da oyunda qalib gələcəyimizə inanıram. Bu kuboku qazandıqdan sonra düşünürəm ki, stadion azarkeşlərlə dolu olacaq. Biz "Qarabağ"ı da yenib, yolumuza davam etmək istəyirik. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43