“Neftçi”nin müdafiəçisi Slavko Braliç klubun rəsmi saytına müsahibə verib.
– Hazırda komanda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Qış fasiləsinə qədər bu mövqeyi qorumaq nə qədər vacibdir?
– Birinci yerdə olmağımız çox vacib amildir. Bu üstünlüyü qoruyub qış fasiləsinə lider qismində yollanmaq lazımdır. Belə olan halda, mövsümün ikinci hissəsinə daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşmaq olar.
– Özünüzü “Neftçi”də necə hiss edirisiz?
– Çox xoşbəxt hiss edirəm. Hər oyunda ortaya maksimum bacarığımı qoymağa çalışıram.
– Sizin üçün indiyə qədər Topaz Premyer Liqasında keçirilmiş ən çətin oyun hansı olub?
– Demək olar, hər oyun çətin keçib. Hər hansı oyunu fərqləndirə bilmərəm.
– Azərbaycan çempionatının səviyyəsi gözləntilərinizi doğruldubmu?
– Bəli, çempionatın səviyyəsi kifayət qədər yüksəkdir.
– Növbəti rəqib “Sabah” haqda nə deyə bilərsiz?
– Çox keyfiyyətli komandaları var. Nəticələr də belə deməyə əsas verir. Bu rəqiblə səfər oyununda qalib gəlmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq.
– Azarkeşlərimiz komandanı hər zaman dəstəkləyir. Onların dəstəyini hiss edirsizmi?
– Əlbəttə! “Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdir. Onların dəstəyi sayəsində hər oyunda özümüzü daha da inamlı hiss edirik.