Ölkə futbolu

Slavko Braliç: “Çempionatın səviyyəsi kifayət qədər yüksəkdir”

“Neftçi”nin müdafiəçisi Slavko Braliç klubun rəsmi saytına müsahibə verib.

– Hazırda komanda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Qış fasiləsinə qədər bu mövqeyi qorumaq nə qədər vacibdir?

– Birinci yerdə olmağımız çox vacib amildir. Bu üstünlüyü qoruyub qış fasiləsinə lider qismində yollanmaq lazımdır. Belə olan halda, mövsümün ikinci hissəsinə daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşmaq olar.

– Özünüzü “Neftçi”də necə hiss edirisiz?

– Çox xoşbəxt hiss edirəm. Hər oyunda ortaya maksimum bacarığımı qoymağa çalışıram.

– Sizin üçün indiyə qədər Topaz Premyer Liqasında keçirilmiş ən çətin oyun hansı olub?

– Demək olar, hər oyun çətin keçib. Hər hansı oyunu fərqləndirə bilmərəm.

– Azərbaycan çempionatının səviyyəsi gözləntilərinizi doğruldubmu?

– Bəli, çempionatın səviyyəsi kifayət qədər yüksəkdir.

– Növbəti rəqib “Sabah” haqda nə deyə bilərsiz?

– Çox keyfiyyətli komandaları var. Nəticələr də belə deməyə əsas verir. Bu rəqiblə səfər oyununda qalib gəlmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq.

– Azarkeşlərimiz komandanı hər zaman dəstəkləyir. Onların dəstəyini hiss edirsizmi?

– Əlbəttə! “Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdir. Onların dəstəyi sayəsində hər oyunda özümüzü daha da inamlı hiss edirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43