17 Sentyabr 2024
Milli komanda

Slovakiya – Azərbaycan oyununu canlı yayımlayacaq kanallar

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının C liqasının 2-ci qrupunda növbəti matçına çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Fernandu Santuşun yetirmələri səfərdə Slovakiya seçməsi ilə qarşılaşacaq. Koşitse şəhərində keçiriləcək görüşü ölkəmizdə CBC Sport kanalı canlı yayımlayacaq.

Bundan başqa, Xorvatiyanın Sportklub 7, Çexiyanın Sport 1, İsrailin Sport 4 və Türkiyənin Exxen kanalları da bu qarşılaşmanı yayım proqramına salıb. 

Xatırladaq ki, matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43