Kateqoriyasız

Slovakiya – Azərbaycan oyununun hakimləri açıqlandı

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsində aprelin 8-də Levice şəhərindəki idman zalında keçiriləcək Slovakiya – Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Görüşü Finlandiyadan olan Kirill Naishouler və Arttu Kyynaeraeinen idarə edəcək. Üçüncü hakim Martin Matula, timekeeper Miroslav Jezik olacaq. Hər ikisi Slovakiyadandır. Qarşılaşmanın hakim-inspektoru funksiyasını Perry Gautier yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43