17 Sentyabr 2024
Ölkə futbolu

Slovakiya məğlubiyyətinin ardından millinin futbolçularına qiymət verildi – FOTO

Azərbaycan millisi Millətlər Liqası II turunda səfərdə Slovakiyaya məğlub olub (0:2).

İdmanxeber.az-ın məlumatına görə, matçın ardından futbol mütəxəssisləri oyunçularımızın çıxışını qiymətləndirib. Komandamızda an aşağı qiymət alan futbolçu Amin Seydiyev olub.

İlk hissə tamamlanmadan əvəzlənən müdafiəçiyə 5,1 qiymət verilib. O, bu göstəriciylə komandanın ən zəif oyunçusu olub.

Yığmanın heyətində yüksək qiymət alan 4 futbolçu – Ozan Can Kökçü, Mehdi Cənnətov, Rahil Məmmədli və Aleksey İsayev seçilib. Onların hər birinin çıxışı 6,8 olaraq qiymətləndirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43