Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq Slovakiya millisi ciddi itki ilə üzləşib.
İdmanxeber.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Milan Skriniar evdə Qazaxıstana uduzduqları (0:1) görüşdə zədələnib.
İtaliyanın “İnter” klubunda çıxış edən 27 yaşlı müdafiəçi 43-cü dəqiqədə əvəzlənib. Onun zədəsinin ciddi olduğu və bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
İyunun 10-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Slovakiya matçı saat 20:00-da başlayacaq.