03 Yanvar 2025
Ölkə futbolu

Slovakiya millisinin futbolçusu “Rəvan”da

Topaz Premyer Liqanın 25-ci turunda “Xəzər Lənkəran”la qarşılaşacaq “Rəvan” bu oyunun hazırlıqlarına başlayıb.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, AZAL ilə oyundan sonra 2 gün istirahət edən komanda üzvləri bu gün yenidən bir araya gəlib.

Səhər məşqi əsasən fiziki hazırlığa həsr olunub. Axşam məşqi isə taktiki-texniki hazırlıq üzərində qurulub. Komandanın bütün üzvləri məşqdə iştirak edib. Tyaqo Mirasemanın zədəsini sağaltması da məşqçilər korpusunu sevindirir. Qeyd edək ki, bugünkü məşqdə yeni futbolçu da iştirak edib. Belə ki, Slovakiya millisinin yarımmüdafiəçisi Kamil Kopunek artıq komanda ilə birgə məşqə çıxıb.

Slovakiya millisinin heyətində 17 oyuna çıxaraq 2 qol vurmuş 29 yaşlı yarımmüdafiəçi Trnava “Spartak”ının yetirməsidir və karyerasının böyük hissəsini məhz elə bu klubda keçirib. Son klubu “Slovan” (Bratislava) olan Kopunekin İtaliya A Seriyasında (Bari) çıxış etdiyini də vurğulayaq. Onunla münasibətlər yaxın günlərdə rəsmiləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43