16 Sentyabr 2024
Ölkə futbolu

Slovakiyada Azərbaycanla oyuna maraq yoxdur – FOTOLAR

Azərbaycan milli komandası Millətlər Liqası qrup mərhələsi çərçivəsində ikinci matçında səfərdə Slovakiya ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın “Misli”nin dəstəyi ilə Slovakiyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyuna maraq olduqca azdır. Qarşılaşmanın keçirəcəyi Koşitse şəhərində Azərbaycanla görüşlə bağlı afişa belə vurulmayıb. 

Bu səbəbdən də sabahkı qarşılaşmada anşlaq olmayacağını ehtimal etmək olar. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43