Kateqoriyasız

Slovakiyalı futbolçu: “Azərbaycan arzuolunmaz rəqibdir”

AVRO 2020-nin seçmə mərhələdəki rəqiblərimzidən olan Slovakiya millisinin hücumçusu Mixal Dyuriş ölkə mətbuatına qrupu dəyərləndirib. O, yığmamızla olan matçların heç də asan olmayacağını bildirib:

“Təbii ki, Xorvatiya qrupun ən güclüsüdür. 2016 AÇ-nın seçmə mərhələsində Uelslə bir qrupda yer almışdıq. Onlardan revanş almaq üçün yaxşı imkanımız var. Macarıstanla olan görüşləri də səbrsizliklə gözləyirik. Azərbaycan da arzuolunmaz komandadır. Onları da qiymtləndirməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43